Qəbristanlıqdan dəmir barmaqlıqları oğurlayan şəxs saxlanılıb
15 May 2023 13:29 KriminalYasamal rayonu ərazisində yerləşən qəbristanlıqda məzarların kənarından dəyəri 3000 manatdan çox olan dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumatlar daxil olub. DİN-dən "Olaylar"a bildirilib ki, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bağırov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31