Azərbaycanda molla rejimini təbliğ edən daha bir nəfər həbs edildi
13 May 2023 14:45 KriminalAzərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi, casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Olaylar.az lent.az-a istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Kərbəlayi Rövşən Əliyev saxlanılıb.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Rövşən Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31