Bahalı çılçıraq oğurlayan şəxs ələ keçib

Mayın 2-də Nizami rayonu ərazisindəki evlərin birindən 2000 manat dəyərində çilçırağın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. DİN-dən "Olayalar"a bildirilib ki, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini E.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31