Evdən pul və məişət əşyaları oğurlayan qadın saxlanıb
6 May 2023 14:05 KriminalBakə şəhəri Sraxanı rayonunda oğurluq hadisəsi baş verib. DİN-dən "Olaylar"a bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bülbülə qəsəbəsindəki evlərin birindən pul və 2170 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Ş.Zeynalova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31