Bakı sakini söyüşə görə qonşusunu baltaladı
6 May 2023 10:45 KriminalBakı sakini qonşusunu baltalayıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
1975-ci il təvəllüdlü İsmayılov Zəmanət Nəsir oğlu qonşusu 1977-ci il təvəllüdlü, Məmmədzadə Namiq Mövsüm oğlu ilə telefonla danışarkən mübahisə yaranıb. Danışıq zamanı N. Məmmədzadə telefonda Z. İsmayılovu söyüb. Z. İsmayılov Məhəmmədi qəsəbəsi, Ə.Əliyev küçəsinə gələrək balta ilə Məmmədzadə Namiq Mövsüm oğlunun baş nahiyəsindən bir neçə zərbə vurub, ona alının sol nahiyəsinin, sol qulağın, qulaq seyvanının və sol gicgah nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirib.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Tağıyev tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31