Vətəndaşın cüzdanını oğurlayan şəxs yaxalanıb

Sumqayıt şəhəri ərazisində bir nəfərin içərisində pul və bank kartı olan cüzdanının oğurlanması və sonradan həmin kartdan 190 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub. DİN-dən "Olaylar"a bildirilib ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri T.Abbasov və Y.Şərifov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31