Mağazadan 20 min manat oğurlayan şəxs ələ keçib
17 Aprel 2023 15:52 KriminalNərimanov rayonu ərazisindəki mağazaların birindən oğurluq edən şəxs saxlanılıb.
DİN-dən "Olaylar"a verilən məlumta görə, Nərimanov rayonu ərazisindəki mağazaların birindən 2022-ci ilin noyabr ayından cari il aprelin 15-dək olan müddətdə 20.000 manat dəyərində ərzaq mallarının oğurlanması barədə polisə məlumat daxil olub.Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin mağazada satıcı işləyən Abşeron rayon sakini Z. Allahyarov saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31