Polisə marixuana satan narkobaron həbsdə ÖLDÜ
17 Aprel 2023 15:12 HadisəBakıda həbsxanada daha bir məhkum ölüb.
Olaylar.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.
Orada saxlanılan Mütəllim Məmmədqulu oğlu Abdullayev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Mütəllim Məmmədqulu oğlu Abdullayev 2020-ci ildə həbs edilib.
Narkobaronluqla məşğul olan M. Abdullayev şərti alıcı qismində polis əməkdaşına marixuana satarkən saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31