Evdən 100 min manat oğurlayan axtarılır

Şirvanda evdən külli miqdarda oğurluq edilib. "Olaylar" xəbər verir ki, naməlum şəxs və ya şəxslər Şirvan şəhər sakini Arif Qafarzadənin yaşadığı evə qanunsuz daxil olaraq 50 min ABŞ dolları və 15 min manat pulu talayaraq, ümumilikdə zərərçəkmişə 100 min manat ziyan vurublar. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31