Kişini ölümlə hədələyib pulunu aldılar
28 Mart 2023 12:11 KriminalMartın 26-da saat 23 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 2 nəfərin Bakı şəhər sakini S.Məmmədovu bıçaqla hədələyib 45 manatını talamaları barədə polisə məlumat daxil olub. "Olaylar" xəbər verir ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakinləri Ricat Cəfərov və əvvəllər məhkum olunmuş Turan Alıyev müəyyən olunaraq saxlanılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31