Beş yaşlı qızın sırğasını qulağından çıxartdı

Beş yaşlı uşağa qarşı soyğunçuluq edən şəxs ifşa olunub. DİN-dən "Olaylar"a bildirilib ki, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 5-də 6-cı mikrorayon ərazisində 5 yaşlı qızın qızıl sırğasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31