Narkotik vasitələrin satışı ilə məşğul olan dəstə saxlanıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı şəhər ərazisində narkotik vasitələrin satışı, eləcə də daşınması  ilə məşğul olan, içərilərində qadının da olduğu 11 nəfər tutularaq məsuliyyətə cəlb edilib. Onlardan müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Olaylar"a bildirilib ki, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı şəhər sakinləri-Tural Mahmudov, Elxan Hacıyev, Zakir Qarayev, Rövşən Azayev, Zaur Qasımov, Azər Əliyev, Səkinə Allahverdiyeva, Abbasəli Qasımzadə, Faiq Qasımov, Həbib Bağırov və Sübhan Abdullayev saxlanılıblar.

Onların üzərindən, eləcə də yaşadıqları ünvanlardan metamfetamin, heroin, tiryək və ümumilikdə 2 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır. Mingəçevir şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31