Bakıda dostlar arasında mübahisə qanla bitdi - VİDEO
29 Sentyabr 2022 16:10 KriminalBakıda ağır cinayət olub. Parkda mübahisə edən tanışlar daha sonra əlbəyaxa dava ediblər. Dava o həddə çatıb ki, biri digərini bıçaqlayıb. Bəs cinayətə səbəb nə olub?
Olaylar.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, dostlar arasında mübahisə ağır cinayətə səbəb olub.
Hadisə səhərə yaxın paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, saat 04 radələrində İlqar Əhlimanov küçəsində 38 yaşlı Əfqan Qədəşov öldürülüb.
Hər iki şəxsin Hövsan qəsəbə sakini olduğu bildirilir.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda chr("39")chr("39")qəsdən adam öldürməchr("39")chr("39") maddəsi ilə cinayət işi başlanıb, hadisənin təfərrüatları araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31