Avtomobildən 81 telefon oğurlandı

Gəncədə avtomobildən oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Olaylar"a verilən xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində "Chevrolet" markalı bir avtomobildən 15000 manat dəyərində 81 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən Gəncə sakini O.Hüseynov saxlanılıb, 3 nəfərin isə şəxsiyyəti müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31