Pulunu alıb özünü də döydülər
20 Sentyabr 2022 11:08 KriminalXətai RPİ-nin 34-cü Polis Şöbəsinə sentyabrın 19-da 3 nəfərin Bakı şəhər sakinləri E.Abbasovu və R.Cahangirovu döymələri və E.Abbasovun 104 manatını quldurluq yolu ilə talamaları barədə müraciət daxil olub. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Elxan Əsgərov, Ruslan İsrafilov və Əfqan Şərifov müəyyən olunaraq saxlanılıblar. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31