Qanunu pozan təşkilatların sənədləri Baş Prokurorluğa göndərilib

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 2022-ci il üçün təsdiq olunmuş iş planına əsasən 2022-ci ilin birinci yarısında 14 təşkilatda aparılmış yoxlamalarla aşkar olunmuş 2919,4 min manat məbləğində artıq və əsassız ödənişlərin 108,0 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilmiş, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunmuş 2811.4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmişdir. Xidmətdən "Olaylar"a bildirilib ki, bununla yanaşı, Xidmət tərəfindən dövlət orqanlarına daxil olmuş vətəndaş müraciətlərinə əsasən 3 təşkilatda müraciətdə göstərilənlər yoxlanılmış, cəmi 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunmuş və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31