Cinayət törədən 43 nəfər saxlanıb

Sentyabrın  12-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31