Evdən 15 min manatlıq qızıl oğurlayan şəxs tutulub

Lənkəranda evdən oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sütəmurdov kəndindəki evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini S.Rəhimova saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31