İstanbulda atışma nəticəsində Azərbaycan vətəndaşı yaralanıb
12 Sentyabr 2022 11:02 Kriminalİstanbulda ticarət mərkəzində atışma ilə nəticələnən münaqişə baş verib. Nəticədə beşi əcnəbi olmaqla altı nəfər yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə KİV paylaşım edib.
İlkin məlumatlara görə, kafedə iki qrup insan arasında münaqişə baş verib və nəticədə atışma baş verib. Yaralanan dörd Azərbaycan və bir İran vətəndaşı yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qeyd olunur ki, iranlı davada iştirak etməyib və sadəcə maşınla ərazidən keçib.
Polis araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31