14 yaşlı qızın qətlində şübhəli bilinən şəxs saxlanılıb

14 yaşlı məktəblinin qətlində şübhəli bilinən Rostov vilayətinin Krasnosulinski rayon sakini saxlanılıb. 

Olaylar.az xəbər verir ki, bu barədə bölgə üzrə mətbuat xidməti məlumat yayıb.

Qız səhər saatlarında məktəbə getsə də, evə qayıtmayıb. İki gün sonra rayonun kənarındakı meşə zolağında zorakılıqla ölüm izləri olan məktəbli qızın meyiti tapılıb. Daha sonra müstəntiqlər cinayəti törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü şəxsi saxlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 1-ci bəndi ilə cinayət işi başlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31