Suraxanıda 11, Sabunçuda 16 yaşlı şəxs itkin düşdü

Bakıda 11 və 16 yaşlı oğlanlar itkin düşüblər.

Olaylar.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 7-də paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Şeydabəyov Hüseynağa İlqar oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Bundan başqa, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan 11 yaşlı Hacızadə Ülvi Səxavət oğlunun sentyabrın 5-də evdən gedərək bir daha qayıtmayıb.

Faktlarla bağlı araşdırma aparılır.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31