Masallı sakininindən 2 kq marixuana götürülüb
6 Sentyabr 2022 16:19 KriminalBinəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Masallı rayon sakini Y.Əmiraslanov saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, şəxsi axtarış zamanı ondan 15 qrama yaxın marixuana və 5 qrama yaxın metadon aşkar edilib. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi "VAZ-2107" markalı avtomobildən isə əlavə 2 kiloqramdan artıq marixuana götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31