Blogger Nail Kəmərlinin avtomobilini qarət edən şəxs saxlanıb
31 Avqust 2022 10:41 KriminalBlogger Nail Kəmərlinin avtomobilini qarət edən şəxs saxlanıb. Bu barədə DİN-dən "Olaylar"a verilən məlumatda bildirilir ki, avtomobildən oğurluq etməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Əli Kazımov polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq tutulub. İlkin araşdırma zamanı onun əvvələr oğurluq əməllərinə görə məhkum olunduğu müəyyən edilib. Məlumatda o da bildirilir ki, oğurlanan fotoaparatın zərərçəkmişə qaytarılması təmin olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31