Müxtəlif markalı siqaretlər və bitki dərmanları aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" və "Mazımqara" gömrük postlarında "DAF", "MAN" və "Mercedes-Benz" markalı  nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindn "Olaylar"a bildirilib ki, sorğu-sual zamanı sürücülər idarə etdikləri avtomobillərdə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.Yoxlama zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 400 qutu müxtəlif markalı siqaret və 72 ədəd 1 litrlik qablaşdırılmada bitki dərmanı aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31