Qazaxda hoteldə tapılan meyidin kimliyi məlum oldu

Qazaxda hoteldə aşkar olunan meyidin kimliyi müəyyənləşib. 

Olaylar.az-ın məlumatına görə, Gürcüstan Respublikası ilə sərhədin yaxınlığında, rayonun İkinci Şıxlı kəndi ərazisində yerləşən "Qala" hotelində tapılan cəsəd Qazaxıstan vətəndaşı, 1978-ci il təvəllüdlü Vitali Sputnikova məxsusdur. Müayinədən sonra meyitin üzündə çapılmış yara olduğu bildirilir.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, ilkin versiyaya görə Vitali Sputnikov həmin vaxtı içkili olub və çox güman ki, özünü pis etdiyindən yıxılıb.

Bu zaman o yerə dəyib və alın nahiyəsində çapıq əmələ gəlib. Baş inspektor ölümün dəqiq səbəbinin araşdırmalardan sonra məlum olacağını əlavə edib. Faktla bağlı prokurorluqda araşdırmalar aparılır.  
 

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31