Azərbaycanlı aktyor Türkiyədə öldürüldü - VİDEO
24 May 2022 10:35 KriminalAzərbaycanlı aktyor Kamran Dadaşzadə Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident nəticəsində həlak olub.
Hadisə şəhərin Fatih rayonu ərazisində baş verib.
Belə ki, ötən gün iki qrup arasında çıxan atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub
Əldə etdiyimiz məlumata görə, təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə baş nahiyəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb. Yaxınları Dadaşzadənin vəfat xəbərini təsdiqləyiblər (Qafqazinfo).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31