SON DƏQİQƏ: Bakıda məmur gənc qadını DÖYDÜ – DİN hərəkətə keçdi

Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb.

Olaylar.az  xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.

Bildirilib ki,Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin məsələ ilə bağlı polisə müraciət daxil olub: "Tərəflər arasında mübahisə şəxsi zəmində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır".

Veteninfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31