3 avtomobil oğurlayan şəxs ələ keçib

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində  "Mercedes", "Kia" və "Toyota" markalı 3 avtomobildən maqnitofon, gödəkçə və 1350 manat pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a bildirilib ki, araşdırma zamanı onun, əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakini V.Sadıqov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31