Paytaxtda quldurluq edən şəxs saxlanıb

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini A.Məmmədovun 420 manat pulunun quldurluq yolu ilə talanması barədə müraciət daxil olmuşdur. DİN-dən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini H.Teymurov müəyyən edilərək saxlanılmışdır. Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31