Daha bir bələdiyyə sədri cərimələnib

Beyləqan rayonu, Birinci Şahsevən kəndi yaxınlığında tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktla bağlı Birinci Şahsevən bələdiyyəsinin sədri Azad Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub. "Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31