Cinayətlərin sayının artması, məsuliyyətə cəlb edilmiş şəxslərin sayının azalması nə ilə bağlıdır?

"İnsan alveri sahəsində Milli Fəaliyyət Planının icrası əsas prioritetlərdən hesab olunur. Bununla yanaşı, daha məqsədə uyğun olardı ki, Fəaliyyət Planında nəzərdə tutulan konkret istiqamətlər üzrə təhlil aparılaraq mövcud vəziyyət, əldə edilən uğurlar və çağırışlar təqdim olunsun"."Olaylar" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məruzəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, İnsan alverinə qarşı mübarizədə preventiv tədbirlərin həyata keçirilməsi vacib istiqamətlərdəndir: "Hesabatda da qeyd olunduğu kimi, bu istiqamətdə də fəaliyyətlər gücləndirilib. Bununla yanaşı, sənəddə həyata keçirilən preventiv tədbirlərin siyahısı və onların potensial təsirləri barədə daha geniş məlumat verilməsi məqsədə uyğun olardı.Hesabatda təhsil müəssisələrində keçirilmiş 700-ə yaxın maarifləndirmə tədbirləri barədə məlumat verilib. Maarifləndirmə tədbirləri olduqca təqdirə layiqdir. Bununla yanaşı, daha məqsədə uyğun olardı ki, burada maarifləndirmə keçirilən müəssəsisələrə təhsil pillələrinə uyğun olaraq təsnifləşdirilərək təqdim olunsun.

İnsan alveri cinayətlərinin növləri son il üzrə qeyd olunur. Daha məqsədə uyğun olardı ki, bu strukturun son illər üzrə necə dəyişməsinin təhlili aparılsın.Hesabatdan aydın olur ki, insan alveri cinayətlərinin sayında son illər artım qeydə alınıb. Belə ki, 2018-ci ildə bu rəqəm 183 idisə daha sonra artan tendensiya ilə 2021-ci ildə 202-dək yüksəlib. Bununla belə, insan alveri cinayətlərinə görə məsuliyyətə cəlb edilmiş şəxslərin sayında azalma qeydə alınıb. 2018-ci ildə bu rəqəm 34 idisə, 2021-ci ildə 13-dək azalıb. Cinayətlərin illik sayının artması kontekstində məsuliyyətə cəlb edilmiş şəxslərin sayının azalması nə ilə bağlıdır? Son 3 ildə insan alveri qurbanlarının sayı 91-dən 95-dək yüksəlib. Maarifləndirici və preventive tədbirlərin bu saya təsirləri ayrıca olaraq qiymətləndirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31