Abşeronda kişi arvadını bıçaqlayıb özünü öldürdü
4 May 2022 14:02 KriminalAbşeron rayonunda kişi həyat yoldaşını bıçaqlayaraq intihar edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, hadisə rayonun Güzdək qəsəbəsində qeydə baş verib.
Rayon sakini, 1971-ci il təvəllüdlü E.Məmmədov həyat yoldaşı, 1979-cu il təvəllüdlü Radə Məmmədovanı bıçaqlayaraq qətlə yetirmək istəyib. Hadisədən sonra E.Məmmədov həyat yoldaşının hərəkətsiz qaldığını görüb onun öldüyünü zənn edərək özünü asaraq intihar edib.
Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31