Gənclərin “TikTok” bəlası: Yeniyetmənin döyülməsilə bağlı araşdırma başladıldı
30 Aprel 2022 11:44 KriminalDaxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə yeniyetmə oğlanın döyülməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Olaylar.az-a bildirilib ki, nazirlik yayılan videogörüntülərlə bağlı məlumatlıdır.Qeyd edilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, "TikTok" sosial şəbəkəsində bir neçə yeniyetmənin həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, döydükləri və təhqir etdikləri barədə videogörüntülər paylaşılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31