Qardaşını öldürənin işi məhkəməyə göndərilib

3 yanvar 2022-ci ildə Masallı rayon Ərkivan qəsəbə sakini 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. "Olaylar" xəbər verir ki, Masallı rayon prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin qardaşı Seyfulla Cəbiyevin qeyd edilən tarixdə gecə saatlarında birgə yaşadıqları evdə heç bir əsaslı səbəb olmadan Qalib Cəbiyevə yumruq və təpiklə zərbələr vurub qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Seyfulla Cəbiyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31