Bakıda anasını öldürən yeniyetmə həbs edildi
25 Aprel 2022 16:06 KriminalNizami Rayon Məhkəməsində Bakıda anasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Olaylar.az xəbər verir ki, prosesdə təqdimat təmin edilib və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğunun Mətbuat Xidməti faktı təsdiqləyib.
Xatırladaq ki, hadisə aprelin 20-si paytaxtın Nizami rayonu ərazisində "Neftçilər" metrostansiyasının qarşısında baş verib. 2007-ci il təvəllüdlü oğlan qısqanclıq zəminində anası, 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmova bıçaqla qətlə yetirib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31