Daha bir ziddiyyətli ifadə... - Aralanmayan SİRR PƏRDƏSİ

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Olaylar.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində onunla birgə təcridxanada olan Baxışəli Qəhrəmanov ifadə verib.

O bildirib ki, İlkin təklikdə olanda ona cinayəti törətdiyini deyib.

Məhkəmə prosesində təqsirləndirilən şəxsin vəkilləri ona sual veriblər. Bildirilib ki, B.Qəhramanov istintaq zamanı ifadəsində deyib ki, İlkin Nərminin qohumlarından biri ilə bu cinayəti törədib. Lakin bu gün məhkəmədə verdiyi ifadədə bununla bağlı heç nə deməyib.

İfadə verən B.Qəhrəmanov isə bunu demədiyini söyləyib. Lakin təqsirləndirilən şəxsin vəkili məhkəmədə həmin şəxsin öncə verdiyi həmin ifadəni səsləndirib. Beləliklə B.Qəhrəmanovun bu gün verdiyi ifadədə ziddiyyət olduğu məlum olub.

Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 27-nə təyin olunub.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31