Bakıda polis əvvəlcə nişanlısını, sonra özünü öldürdü
22 Aprel 2022 14:19 KriminalBakıda polis əməkdaşı nişanlısını öldürüb, daha sonra intihar edib.DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, hadisə bu gün günorta saatlarında Nərimanov rayonu ərazisindəki evlərin birində baş verib.Xəzər RPİ-nin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib. Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31