5 maşını qarət edən şəxs tutulub
22 Aprel 2022 12:59 KriminalPaytaxtın Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Murad Canızadə tutulub. Onun Nizami rayonunda 5 avtomobilin şüşəsini sındıraraq dəyəri 2500 manata yaxın maqnitafon, qızıl-zinət əşyaları,saat, videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyən edilib. Murad Canizadənin paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi istisna olunmur. Rəsmi məlumata görə, onun ətrafında Nizami Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31