Məscidin nəzir qutusundan 300 manat oğurladı
22 Aprel 2022 11:33 KriminalZaqatalada məscidin nəzir qutusundan oğurluq edilib.
DİN Mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə aprelin 13-dən 15-dək Göyəm kəndindəki məscidin nəzir qutusundan 300 manat oğurlanması barədə müraciət daxil olub.
Oğurluğu törətməkdə şübhəli bilinən Qandax kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Anar Osmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31