Köşklərə qənim kəsilən şəxs yaxalanıb

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən oğurluq faktı ilə bağlı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, tədbirlər nəticəsində İ.Dadaşov küçəsindəki iki köşkdən ümumilikdə 2063 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Azad Zeynalov müəyyən edilərək saxlanılmışdır. Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31