Gəncə sakinlərində narkotik vasitə aşkarlandı
20 Aprel 2022 11:50 KriminalGəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Olaylar.az xəbər verir ki, Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Fərid Rəhimov saxlanılıb. Onun üzrənə baxış keçirilən zaman narkotik maddə olan "metamfetamin" aşkar olunaraq götürlüb.
Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri ilə onlayn yolla narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Elnur Nuriyev saxlanılıb. Şübhəli şəxsin üzərində müxtəlif qablarda ümumi çəkisi 258.66 qram narkotik vasitə olan "heroin" və narkotik maddə qəbul etmək üçün digər ləvazimatlar aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.