Kəlbəcərdə hərbçimiz minaya düşdü
20 Aprel 2022 10:05 KriminalKəlbəcərdə ermənilərin basdırdığı mina partlayıb.
Olaylar.az xəbər verir ki, hadisə ötən gün rayonun Ağcakənd kəndi istiqamətində, günorta saatlarında baş verib.
Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda dislokasiya edilmiş hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu Ayxan Camalzadə mühəndis-istehkam fəaliyyəti zamanı minaya düşüb.
O, ayaq nahiyəsindən xəsarət alıb və hərbi hospitala aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31