Tərtər hadisələrində 397 zərərçəkmiş var
19 Aprel 2022 15:05 KriminalTərtər hadisələri ilə bağlı ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib. Bu barədə "Olaylar"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilmişdir. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib.İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi istiqamətində tədbirlər davam etdirilir.