“Qanun” nəşriyyatında bomba tapıldı: FHN hadisə yerində - FOTO
19 Aprel 2022 12:12 KriminalTbilisi 76 prospektində, "Qanun" nəşriyyatın binası yanında qumbara tapılıb.
Oalylar.az xəbər verir ki, bu barədə nəşriyyatın direktoru, naşir Şahbaz Xuduoğlu məlumat paylaşıb.
Bildirib ki, binanın ətrafını təmizləyən fəhlə xoşbəxtlikdən beli qumbaraya toxundurmayıb:
"Şəkildən göründüyü kimi, qumbara istifadə olunmayıb, necə deyərlər "sağlamdır". Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsunlar, dərhal gəldilər".
Hadisə yerində olan FHN əməkdaşları Bakupost.az -a bildirib ki, birazdan ətraflı məlumat veriləcək.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31