Rayon sakini polisi belə ALDATDI: 12 minlik...
18 Aprel 2022 18:49 KriminalLənkəran rayon sakini Xalid Həmidov polisə müraciət edərək özünə məxsus olan "Vaz 2107" markalı avtomobildən 12 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını deyib.
Olaylar.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, dərhal müvafiq araşdırmalara başlanılıb. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib. Həmin qızıl-zinət əşyalarının X.Həmidovda olduğu üzə çıxıb.
Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31