Ər-arvad birləşib evi qarət etdilər

Beyləqanda oğurluq edən ər-arvad tutulub. Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən "Olaylar"a verilən xəbərə görə, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Mil qəsəbə sakinləri Z.Əliyev və həyat yoldaşı N.İbrahimova saxlanılıblar. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31