Fermaya silahlı basqın edilib
18 Aprel 2022 13:09 KriminalLənkəranda fermaya silahlı basqın edən şəxs tutulub.Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev deyib.O qeyd edib ki, rayonun Tükəvilə kənd sakini Firqət Kəlbiyev aprelin 18-i gecə saatlarında rayonun Separadi kənd sakini V.Məmmədova məxsus həmin kənddə yerləşən fermaya gələrək aralarında baş verən mübahisə zəminində sonuncuya və onun anası C.Məmmədovaya bıçaqla xəsarətlər yetirilib. Hadisəni törədən F.Kəlbiyev özü də həmin vaxt taxta parçası ilə xəsarət alıb. Həmin şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31