265 cinayət işinin istintaqı yekunlaşıb

2022-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən 265 şəxs barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb. Bu barədə Baş Prokurorluqdan "Olaylar"a verilən məlumatda bildirlib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31