Paytaxtda gözəllik salonu qarət edilib

Nərimanov rayonunda yerləşə gözəllik salonlarından birindən oğurluq edilib. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, naməlum şəxs obyektə daxil olaraq orada çalışan işçilərdən birinin nəzarətsiz qalan dəyəri 4500 manat olan mobil telefonunu oğurlayıb. Eyni məzmunlu şikayətlə Nərimanov rayonunda yerləşən gül satılan mağazalardan birindən də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət daxil olub. Həmin şəxs isə mağazadan 4400 manat dəyərində 4 ədəd mobil telefonun oğurlandığını bildirib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törtməkdə şühəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş  Rövşən Rəhimov saxlanılıb. O, ifadəsində etdiyi oğurluqları etiraf edib. Ətrafında aparılan araşdırmalar zamanı onun paytaxtın digər rayonlarında da obyektlərə daxil olub nəzarətsiz qalan telefonları oğurladığı müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31