İcra hakimiyyətinin Göyçay şəhəri üzrə nümayəndəsi saxlanılıb
18 Aprel 2022 10:52 KriminalGöyçay rayon İcra Hakimiyyətinin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanılıb.
Rəşad Şükürovun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Məlumata görə, o, rayon İcra Hakimiyyətində aparılan qanun pozuntuları ilə bağlı şübhəli şəxs kimi saxlanılıb.
Xatırladaq ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir müddət əvvəl vəzifəsindən azad olunub. Bundan sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən rayon İcra Hakimiyyətində yoxlamalar başlayıb. Qanun pozuntuları ilə bağlı dindirilər vəzifəli şəxslərdən sabiq icra başçısının köməkçisi Vahid İsayev barəsində həbs-qətimkan tədbiri seçilib. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31